Teymur Rəcəbov FIDE-nin yalanını üzə çıxardı: “Mən COVID-19-a görə yarışdan imtina etmişəm”

Teymur Rəcəbov FIDE-nin yalanını üzə çıxardı: “Mən COVID-19-a görə yarışdan imtina etmişəm”
 "15 mart – 5 apreldə mən Rusiyanın Yekaterinburq şəhərindəki dünya çempionu adına İddiaçılar Turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə – qırmızı işıqda olduğunu bəyan edib.
 
Dünyada bir çox yarış və əlamətdar tədbirlər situasiyanın inkişafından asılı olaraq, ya ləğv edilir, ya da daha gec tarixlərə keçirilir. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir sıra profilaktik tədbirlər həyata keçirib. Çinli şahmatçılar, onların məşqçiləri və müşayiətçilərinin Rusiya ərazisində 14 günlük karantin keçəcəkləri açıqlanıb”. 

Sfera.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı Şahmat Federasiyasının mətbuat xidməti vasitəsilə açıqlama yayıb.

Teymur Rəcəbov imtinasının koronavirusla bağlı olduğunu bildirib:

"Çinli şahmatçılardan biri, məşqçi və nümayəndə heyəti, həqiqətən də, karantinə alınıb. Lakin Çindən olan digər iştirakçı karantin keçməyəcək və turnir başlayanda koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək.

Bundan başqa, iştirakçılardan birində və ya iştirakçılarla təmasda olacaq məşqçi və ya müşayiət edənlərlə, müsahibə alan jurnalistlərlə, hakimlərdə soyuqdəymə və ya virus infeksiyasının kəskin respirasiyası (VIKR) əlamətləri, yaxud Allah eləməsin, koronavirus aşkarlandıqda turnirin necə olacağına dair FIDE-nin izahatı yoxdur.

İştirakçılar karantinə alınacaqmı, analizlər və virusun dəqiq olub-olmamasının müəyyənləşdirilməsi üçün hansı müddət və mərhələ gərəklidir? İddiaçılar Turniri 22 günlük və 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası şəraitində turnirin necə inkişaf edəcəyi, virus və ya adi VIKR aşkarlanacağı halda xəstələnmiş iştirakçıya, hakimə qarşı hansı tədbirlərin görüləcəyini heç kim izah etmir.

Yaranmış bütün belə məqamlarla əlaqədar mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə, məni digər iştirakçı ilə əvəzlədilər”.

Qeyd edək ki, həmin yarışda Çindən Din Liren və Van Xao iştirak edəcək.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...