Terrorçular azərbaycanlıların kəndlərinə hücuma başladı

Terrorçular azərbaycanlıların kəndlərinə hücuma başladı
 

PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlara başlayıb.

Sfera.az "Yeni Şafak” qəzetinin yazdıqlarına istinadən xəbər verir ki, PJAK yaraqlıları azərbaycanlıların yaşadıqları kəndlərin sakinlərini evlərindən qovmağa çalışır. İranın Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə nəinki baş verənlərə müdaxilə etmir, üstəlik onun PKK yaraqlılarına aylıq maaş ödədiyi bildirilir.

Xəbərə görə Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi son "Pəncə” əməliyyatı nəticəsində sıxışdırılan PKK İranın Türkiyə ilə həmsərhəd bölgəsində yerləşən, azərbaycanlılar yaşayan kəndlərə hücumlar etməyə başlayıb. Urmiyə, Xoy, Səlmas, Çaldıran və Maku vilayətlərinin onlarla kəndində yaşayan azərbaycan türkləri təhdid altındadır. Həmin kəndlərə aylardır elektrik və su verilmir, məktəblərin çoxu bağlanıb. PJAK terrorçuları kəndlərə girərək sakinləri təhdid edir.

PJAK-ın iki gün əvvəl həyata keçirdiyi hücum zamanı Həsən Dərgahi, Tohit Müsteşari və Əli Əskər Heydərzadə adlı üç azərbaycanlı həlak olub. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Makuyi bildirib ki, İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb.

"PJAK terrorçuları sərhəd kəndlərinə girərək sakinləri kəndləri boşaltmağa məcbur etmək istəyir. Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari isə kəndlərin elektrik, su və digər infrastruktur xidmətlərini əngəlləyir. Daha əvvəl azərbaycanlılar əleyhinə bir çox təxribatlar həyata keçirən valini kürd əsilli daxili işlər naziri Rəhmani Fazli himayə edir”,-Elyar Makuyi bildirib.

Xəbərə görə Türkiyə ilə sərhəddəki azərbaycanlı kəndlərinə PJAK terrorçularının həmlələrinə göz yuman daxili işlər naziri bu yaxınlarda Qəndil dağlarına da baş çəkib. PKK terrorçuları ilə foto çəkdirən Rəhmani Fazli İranın bütün məzlumlar üçün "ümid yeri olduğunu” deyib.

Yerli sakinlər deyirlər ki, İranın təhlükəsizlik qüvvələri PKK terrorçularının kəndlərə həyata keçirdikləri silahlı hücumlara göz yumur. /Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...