Tereza Mey: “Əgər istefa versəm...”

Tereza Mey: “Əgər istefa versəm...”
Böyük Britaniyanın baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.

T.Mey istefaya gedəcəyi təqdirdə "Brexit" məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.

Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.
Xatırladaq ki, "Brexit" məsələsinə dair danışıqlardan narazı qalan Mühafizəkar Partiyasının nümayəndəri bu gün partiya lideri olan Baş nazir Tereza Meyə qarşı etimadszlıq göstərilməsi üçün prosedura başlayıblar.("Report”)

*   *   *
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.

Bu barədə "Sky News" xəbər verir.

"Qaydalara uyğun olaraq, səsvermə dekabrın 12-də saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə 22:00-dan 00:00-dək) keçiriləcək", - Q.Bredi açıqlayıb.
Onun sözlərinə görə, səslər dərhal hesablanacaq və səsvermənin nəticələri qısa müddətdə elan ediləcək.

 

OXŞAR XƏBƏRLƏR