Ötən gün 3 ağır yol qəzasında 2 nəfər ölüb

Ötən gün 3 ağır yol qəzasında 2 nəfər ölüb
 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 39 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR