"Telegram" "Android" üçün videozəng funksiyasını təqdim edib
Maraqlı
11:00 / 15.08.2020
4154
"Telegram” messenceri "Android” platforması üçün videozəng funksiyasını rəsmi olaraq təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə "Telegram”ın mətbuat konfransında bildirilib.
"2020-ci il dünyaya videozəng üçün etibarlı vasitələrə ehtiyac olduğunu göstərdi. Bu gün "Android” platforması üşün tətbiqdə (iOS-da da videozənglər yaxın zamanda mövcud olacaq) videozənglərin alfa-versiyasını təqdim edirik”, - məlumatda belə deyilir.
Videozəng istifadəçi profilindəki kamera işarəsi işə düşür. Messencerin funksionallığı danışıq zamanı səsli zəng və videozəng arasında keçid etməyə, həmçinin zəngi bitirmədən yazışmağa imkan verir.