Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatdı

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb.

Sera.az-ın Trend-ə istinadən məlumatına görə, 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

 

2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Orta ixtisas təhsili müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...