Tələbələri dəstəkləyək!

Tələbələri dəstəkləyək!
 

Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, "Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir.

Bu dəfə 19 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin maarifləndirilməsi və motivasiyası üçün növbəti görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin fəallığını inkişaf edən kitabların müəllifi Nadir Adilman ilə Azərbaycan Dövlət İqtisad universiteti tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı.

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi. Həmçinin, tədbirdə Bankın Təlim və Tədris şöbəsinin koordinatoru Orxan Məmmədli gənclərin inkişafı və gələcək iş fəaliyyətlərində uğur qazanmağın yolları mövzusunda hazırladığı təqdimatla çıxış edibdir.

Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz:

 

//youtu.be/r11GV7PRmS8

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...