Təhsil Nazirliyindən prorektorlarla bağlı açıqlama

Təhsil Nazirliyindən prorektorlarla bağlı açıqlama
 Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

Onun sözlərinə görə, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda, özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil.

Prorektorların attestasiyasının keçirilməsinin hələlik yalnız layihə olduğunu nəzərə çatdıran sektor müdiri əlavə edib ki, layihənin icrasına başlanıldıqda attestasiya ali məktəblərdəki bütün prorektorları əhatə edəcək.

S.Gözəlov qeyd edib ki, təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərən prorektor istisna olmaqla, bütün prorektorlar, yəni təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək: "Bu, bir növ monitorinq xarakteri daşıyır. Onlara fəaliyyətləri ilə bağlı müəyyən tövsiyələr veriləcək. Ali məktəblərdə kifayət qədər uzun müddət prorektor işləyən şəxslər var. Onların, həqiqətən də, müəyyən qədər attestasiyasına ehtiyac var. Ancaq bu, layihədir. Attestasiyanın nə zaman keçiriləcəyi, aparılma metodikasının necə olacağı hələ konkretləşdirilməyib. Attestasiya ilə bağlı nazirliyin konkret qərarı olacaq. Qərar qəbul olunduqdan sonra onun keçirilməsi üçün müəyyən meyarlar müəyyənləşdiriləcək".

S.Gözəlov ali məktəblərdə attestasiyaya yalnız prorektorların cəlb edilmə səbəbini də açıqlayıb.

Onun sözlərinə görə, ali məktəblərdəki professor-müəllim heyəti ali təhsil müəssisəsinin özü tərəfindən seçilir: "Bu məsələ ali məktəblərin özlərinin səlahiyyətinə daxildir. Rektorların təyini prezident tərəfindən həyata keçirilir. Prorektorlar isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Ona görə də attestasiyanın prorektorlar üçün aparılması nəzərdə tutulur".

OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...