Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır

Təhsil Nazirliyi: Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır
Müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.

Nazirlik rəsmisi deyib ki, Bakıda qadın, bölgələrdə kişi direktorlar çoxdur.

M.Camalzadə əlavə edib ki, İnsan Resursları Mərkəzi tərəfindən müəllim və direktorların gender balansı inzibati formada tənzimlənmir: "Yəni hansısa rayon üzrə qadın, yaxud kişilərin müsabiqəyə təşviq edilməsi üçün iş aparılmır. Ümumilikdə isə ölkədə təhsil sistemində qadınların payı kişilərdən daha çoxdur. Amma müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, bu sahədə kişilərin sayının artması tendensiyası var, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır”.

Azərbaycanda gənclərin təhsil sahəsində işləməyə marağının artdığını deyən M.Camalzadə qeyd edib ki, son 5 il ərzində Azərbaycanda təhsil sahəsində 30 minə yaxın gənc işə qəbul edilib.
 
Sfera.az
 
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...