Təhsil naziri Elinanın ölümündən DANIŞDI

Təhsil naziri Elinanın ölümündən DANIŞDI
"Bakıda 162 məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”.
 
Sfera.az BAKU.WS-dən aldığı məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN" radioya müsahibəsində deyib.

Nazir qeyd edib ki, məlum hadisə ilə əlaqədar bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib. Onlara şagirdlərlə bağlı xüsusi tapşırıqlar verilib: "Məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır”, - Ceyhun Bayramov əlavə edib.
 
O bildirib ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi vacibdir: "Bütün bunların edilməsi üçü məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...