Tanınmış müğənnimiz qayınanası ilə davaya çıxdı: \"Polisə müraciət edəcəm\"

Tanınmış müğənnimiz qayınanası ilə davaya çıxdı: \
 Müğənni Sevda Sanalıyeva ilə qayınanası arasında gərgin anlar yaşanıb. 
 
Sfera.az xəbər verir ki, S.Sanalıyevanın "APA TV”nin "Show time” verilişində səsləndirdiyi fikirlər qayınanasının xoşuna gəlməyib. O, ifaçı barədə sosial şəbəkədə xoş olmayan fikirlər yazıb:

"Oğlumu maşınla, evlə aldadıb özünə ər etdin. Oğlumun iki uşağının ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə onu rahat buraxmayacağam”.

Qayınananın bu sözlərinə S.Sanalıyeva da elə sosial şəbəkə vasitəsi ilə cavab verib: "Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin sevginin gücündəndir. Sənə nifrət edirəm. Bu dünyada da, o dünyada da iki əlim yaxandadır. Ölmüş anama söydüyün üçün məndən yalvara-yalvara üzr istəyəndə, sənin üzrünü qəbul etməmişdim, sən demə, düz etmişəm. Böyüklük məndə qalsın. Əgər bir də mən səndən təhqir eşitsəm, hədə-qorxu gəlsən, düşünmədən səni məhkəməyə verəcəm. Sabah ilk işim isə uşaqlarımın və özümün, evimin təhlükəsizliyini qorumaq üçün ərizə ilə lazımi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin və mənim başıma nəsə gəlsə, müsahibələrindəki hədə-qorxu dolu sözlərini sübut kimi təqdim edəcəm”.

Qeyd edək ki, Sevda verilişdə  "Ailə dağıtmısınızmı?” sualına bu cür münasibət bildirmişdi: "Qarşı tərəfə cavab verməmişəm, verməyəcəm də. İnsanlıq halıdır, hər kəsin başına gələ bilər. Mənim də ilk ailəm dağılıb. Heç kəs boşanmaq üçün ailə qurmur. Ailə quranda xəyalların, arzun böyük olur. Amma mən ailə dağıtmamışam. Dağıda da bilmərəm. Çünki mən də atasız böyümüşəm. Heç bir övladı atasız görmək istəmirəm. Nə hansısa övladları gözü yaşlı qoyaram, nə də kiminsə evini yıxa bilmərəm. İlk ailəmdən ayrılmışamsa, gedib onun boğazından yapışmalıyam ki, niyə məndən ayrılmısan? Evlilik 2 insanın qarşılıqlı verdiyi qərardır. Mən bu işin axırına çıxmışdım. Hansı ki, bu iş tamamlanmışdı. Yəni onu demək istəyirəm ki, subay bir insanla ailə qurmuşam. Ailəli bir insanın yuvasını dağıdıb, onunla ailə qurmamışam. Amma qarşı tərəf nə etmək istəyirsə, edə bilər. Edirlər də. Eləsinlər. Mən öz ailəmlə, uşaqlarımla xoşbəxtəm. Allah hamını xoşbəxt eləsin. Heç kəsə də mənim o vaxt çəkdiklərimi yaşatmasın. Çünki mən doğurdan da ailə dağıdan insan deyiləm”.


OXŞAR XƏBƏRLƏR