Tanınmış jurnalist Azercell-i tənqid etdi

Tanınmış jurnalist Azercell-i  tənqid etdi
Tanınmış jurnalist Vüsalə Mahirqızı  sosial şəbəkədəki hesabından Azercell şirkətini tənqid edən status yazıb.
 
Sfera.az xəbər verir ki, jurnalist şirkətin müştərilərin zənglərinə biganə yanaşdığını bildirib. Jurnalistin statusunu olduğu kimi təqdim edirik:
 
"Azercell iki sutkadı mənə deyir: "Zənginiz bizim üçün çox əhəmiyyətlidi". Amma zəngə cavab vermirlər ki, əhəmiyyətini öyrənsinlər. Müştəri xidmətləri istənilən şirkət üçün çox əhəmiyyətli olmalıdır. Üç gündü telefonuma Mali nömrəsi ilə zəng yönləndirilir. Öyrənmək istəyirəm görüm, Malidən hansı qohum-əqrabanı tapıb Azercell... Hardan alıb yönləndirirlər bu zəngləri? Əsas problem qaldı kənarda, məni Azercellin müştəri xidmətlərinin bərbadlığı əsəbləşdirdi. 
Onu da deyim ki, mənim heç vaxt başqa operatorda nömrəm olmayıb, 20 ildən artıqdır ki, Azercell istifadəçiyəm, amma bu xidmət heç xoşuma gəlmədi.”



OXŞAR XƏBƏRLƏR