Tamerlan Qarayev Asiyadan çağırılıdı, Avropa ölkəsinə səfir təyin edildi
18:39 / 13.12.2018
1650
Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, dövlət başçısı Tamerlan Elmar oğlu Qarayevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.
İlham Əliyev başqa bir sərəncamla Tamerlan Qarayevi Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.