“Tamaşaçılarım AzTV-yə qayıtmağımı israrla xahiş edirlər...” - Nailə İslamzadə...

“Tamaşaçılarım AzTV-yə qayıtmağımı israrla xahiş edirlər...” - Nailə İslamzadə...
Ölkə başçısı tərəfindən "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə jurnalist Rövşən Məmmədov (Rafiqoğlu) sədr təyin edildikdən sonra ciddi kadr islahatları aparılır. Artıq televiziyada verilişlərin keyfiyyətinə nəzarət edəcək ziyalılardan ibarət Bədii Şura da yaradılıb.

Bir vaxt Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı, və jurnalist kimi fəaliyyət göstərən əməkdar artist Nailə İslamzadə televizaya qayıtmaq üçün dəvət alsaydı, bunu necə qiymətləndirərdi?

Nailə İslamzadə əgər belə bir təklif olarsa, bunu ciddi dəyərləndirəcəyini bildirib:

"AzTV-dən uzaqlaşdığım son on iki il ərzində dəyər verən tamaşaçılar məni unutmadılar. Realda tanıdıqlarım, virtual aləmdə izləyicilər AzTV-yə qayıtmağımı israrla xahiş edilər. "Facebook” səhifəmdə və müxtəlif saytlarda verilişlərimdən paylaşdıqları hissələrə yazılan çoxsaylı şərhlər də bunu sübut edir. Bu qədər müraciətləri cavabsız qoyanda artıq özümü narahat hiss edirəm. Həm də AzTV universitetdə oxuduğum zamandan bəri mənim üçün doğma yer olub. Ona görə də dəvət olunsam, bunu ciddi dəyərləndirərəm”.

Qeyd edək ki, N.İslamzadə televiziyada işlədiyi müddət ərzində "Xəbərlər” proqramının əsas aparıcılarından biri, dövlət bayramlarına həsr olunan proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin aparıcısı və on il ərzində "Ailələr, talelər” verilişinin müəllifi və aparıcısı olub.Moderator

OXŞAR XƏBƏRLƏR