“Taliban” Pekinin iki şərtini yerinə yetirərsə… - Şərh

“Taliban” Pekinin iki şərtini yerinə yetirərsə… - Şərh
"Ötən həftə Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin əsas mövzusu Əfqanıstan idi. Təşkilata üzv ölkələrin əksəriyyəti Əfqanıstandakı olaylardan narahatlıq ifadə edib. Ümumi rəy belədir ki, Əfqanıstan əhalisi daha da kasıblayacaq və qış ayları yaxınlaşdıqca ərzaq qıtlığı yaşanacaq”.

Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, sammitə onlayn formada qatılan Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı duruma görə yenə ABŞ-ı ittiham edib:

"Putinin çıxışından bu nəticə çıxdı ki, Əfqanıstana müdaxilə edən, onu bügünkü duruma sürükləyən ölkə - Amerika hazırkı duruma görə məsuliyyət daşıyır və ona görə də əfqanları maliyyə, ərzaq və digər məhsullarla Vaşinqton təchiz etməlidir. Rəsmi Pekinin də mövqeyi eynidir. Düşənbədəki sammitdə iştirak edən Çinin xarici işlər naziri Van İ Putinin sözlərini təkrarlayıb: "Əfqanıstanın bərpası və bu ölkəyə istisadi və humanitar yardımın məsuliyyəti Amerikanın üzərindədir”.
 
Bununla həm Rusiya, həm də Çin rəsmiləri Amerikaya demək istəyirlər ki, Əfqanıstanı dağıtdığın kimi onu yenidən qurmalısan.
 
Politoloqun sözlərinə görə, Rusiya və Çin Vaşinqtonun Əfqanıstan siyasətini tənqid etməklə Amerikaya qarşı yeni təzyiq aləti əldə ediblər: "Bu zaman belə bir sual yaranır. Amerika məsuliyyətdən yayınarsa və Əfqanıstanın iqtisadi və sosial problemlərinin həllində kömək etməsə, Moskva və Pekinin mövqeyi necə olacaq? Vaşinqton Əfqanıstanda hakimiyyətin "Taliban”a keçməsinə mane olmasa da, bu qruplaşmanı tanımağa və əlaqələrini genişləndirməyə tələsmir. Ancaq mümkündür ki, ABŞ Əfqanıstana humanitar yüklərin çatdırılması istiqamətində fəaliyyətini bərpa etsin. Kreml isə ona tabe olan rejimlərə dəstək verir. Misal üçün Rusiya Bəşər Əsəd rejiminin ayaqda qalması üçün Suriyaya illərdir, humanitar yardım göstərir. Əfqan xalqının taleyi Kremli çox da narahat etmir. Moskva üçün önəmli olan Əfqanıstanın radikallaşmasının və bu ölkədən terrorun Mərkəzi Asiyaya mümkün keçidinin qarşısını almaqdır. Kreml buna əmin olmadıqca Əfqanıstana humanitar yük daşımaqla bağlı qərar verməyəcək”.
 
E. Şahinoğlu qeyd edib ki, Kremldən fərqli olaraq Pekin Əfqanıstana müəyyən həcmdə humanitar yardım edə bilər:
 
"Ancaq Pekin bu yardımın qarşılığında Talibana iki tələbini təkrarlayacaq. Birincisi, Taliban Çin şirkətlərinə Əfqanıstanın zəngin yataqlarında çalışmasına şərait yaratmalı, çinli işçilərin təhlükəsizliyinə təminat verməlidir.
 
İkincisi, Taliban Çinin bölgədəki maraqlarını nəzərə almalı, radikal uyğurların Əfqanıstandakı fəaliyyətlərini əngəlləməlidir.
 
Taliban Əfqanıstanı aclıqdan və səfalətdən qurtarmaq üçün Çinin hər iki şərtini qəbul etməyə hazır görünür. Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq. Əfqanıstanın Çinə borcu artacaq. Çin eyni siyasəti Mərkəzi Asiya və Afrikada həyata keçirir. Mərkəzi Asiya və Afrika ölklərinin Çinə borcları artıqca siyasi baxımdan da Pekindən asılılıqları artır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...