Şuşalılar evlərini görüb dəhşətə gəldilər - VİDEO

Şuşalılar evlərini görüb dəhşətə gəldilər - VİDEO
Şuşaya avtobus reyslərinin açılması ilə öz ata-baba yurdunu ziyarət edənlərdən biri də 1992-ci ilin mayında şəhərdən sonuncu çıxan sakinlərdən olan Kamil Rüstəmovdur.

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, K.Rüstəmov Şuşasız keçən illərin çətinliyindən danışıb.

"35 yaşımda çıxıb, 65 yaşımda geri gəlmişəm. Bu boş divarlar belə mənə xoşdur. Çünki gəncliyim burada keçib”, - o bildirib.

Şuşaya səfər edən ilk sərnişinlər arasında daha bir şuşalı Elmira Şəfiyevadır. Onun yaşadığı evdən əsər-əlamət qalmayıb.

"Uşaqlığım keçən evi bu vəziyyətdə görmək mənə çox ağır gəldi. Heç vaxt bu mənzərə ilə qarşılaşacağımı təsəvvürümə belə gətirməzdim”, - deyə Şuşa sakini qeyd edib.

Daha ətraflı süjetdə:

OXŞAR XƏBƏRLƏR