Sürücülər bu xəbəri mütləq izləsin! - VİDEO

Sürücülər bu xəbəri mütləq izləsin! -  VİDEO

Avtomobil sığortası öz adınıza olmalıdır

İndi sizə təqdim edəcəyimiz hadisə zamanı sürücü kasko sığortalı avtomobili ilə qəza törətsə də, sığorta şirkəti tərəfindən ona ödəniş edilmir. Buna səbəb isə sığorta müqaviləsinin avtomobilin əvvəlki sahibinin adına olmasıdır. Mütəxəssislərin belə halla qarşılaşmaq istəməyən sürücülərə məsləhətləri var.

Fuad Məmmədov avtomobilinin sığortası olduğu halda sığorta şirkətindən ödəniş ala bilməyib və avtomobilinə dəyən 8 min manatlıq ziyanı özü ödəməli olub. Bu vəziyyət "Könüllü qaydada sığortalanmış avtomobilin sahibi dəyişərsə, sığorta qüvvədən düşürmü?" sualını aktullaşdırır

Sığorta üzrə ekspertlər bildirirlər ki, avtomobil satıldığı zaman sığortanı edən şirkətlə müqaviləni mütləq yeniləmək lazımdır. Bu zaman sığorta şirkəti yeni mülkiyətçini sığortalamaqdan imtina edə bilər. Bu hal isə əsasən qəzanın baş vermə riski yüksək olduğu hallarda olur.

Sığorta şirkəti yeni mülkiyətçi ilə müqavilə imzalamaqdan imtina etdiyi zaman isə sığortanın qalan müddəti üçün ödənilmiş pul, avtomobilin birinci sahibinə geri qaytarılmalıdır.


OXŞAR XƏBƏRLƏR