Dünya

Sürücü “gəl, getdiyin yerə aparım” dediyi 62 yaşlı qadını “SOYDU”

Sürücü “gəl, getdiyin yerə aparım” dediyi 62 yaşlı qadını “SOYDU”

Polis əməkdaşları yaşlı qadını qaçıraraq ona qarşı soyğunçuluq edən sürücünü saxlayıb.

Sfera/az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Stavropol əyalətinin Şpakovsk rayonunda qeydə alınıb.

62 yaşlı qadın şikayətlə müraciət edərək polis əməkdaşlarına bildirib ki, Stavropol - Bataysk - Tonnelnıy trasında ona bir maşın yaxınlaşıb və sürücü onu getdiyi ünvana aparmasını təklif edib.

O, da razılaşıb. Bir müddət irəlilədikdən sonra sürücü avtomobili kənd yoluna döndərib. Qadın nəyinsə düz getmədiyini hiss edərək sürücüdən şübhələnib. Təqaüdçü, sürücünün döngədə əyləci sıxanda bundan istifadə edərək avtomobilin salonundan özünü atıb. Ancaq çox keçmədən sürücü qadına çatıb və gözyaşardıcı balondan üzünə qaz püskürdərək, içində pul olan çantanı götürərək qaçıb. Zərərçəkən aldığı xəsarətlərə baxmayaraq avtomobilin qeydiyyat nömrə nişanını yadında saxlaya bilib.

 

Bunun ardınca polis əməkdaşları şikayət üzrə hərəkətə keçərək tez bir zamanda hadisəni törədən sürücünü yaxalayıb. Sürücü sorğu-sual zaman törətdiyi hadisəni etiraf edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031