Suriyada atəşkəs elan olundu

Suriyada atəşkəs elan olundu

Suriyanın İdlib, Hələb və Həma bölgələrində terrorçu qruplar arasında atəşkəs əldə olunub.

 

"Azad Suriya Ordusu" tabeliyindəki "Milli Azadlaşdırma Cəbhəsi" ilə "Heyəti Təhrir Şam" arasında razılığa gəlinib.

 

Tərəflər arasındakı razılaşmayla İdlibdə atəşkəsin təmin olunacağı, qrupların şəhərdə qarşılıqlı olaraq qazdıqları xəndəkləri, sipərləri ləğv edəcəyi və əsirləri dəyişdirəcəyi bildirilib. Xatırladaq ki, "Milli Azadlaşdırma Cəbhəsi" birləşmələrindən "Nurəddin Zəngi" qruplaşması ilə "Heyəti Təhrir Şam" 30 dekabrda toqquşmaya başlamış, qarşıdurmalar daha sonra İdlib və Həmada yayılmışdı. 


OXŞAR XƏBƏRLƏR