Sunamiyə düşən maşınlar ölkəmizə gətirilir - Ucuz qiymətə - VİDEO - FOTO

Sunamiyə düşən maşınlar ölkəmizə gətirilir - Ucuz qiymətə - VİDEO - FOTO
 Hər il orta hesabla Azərbaycana 40 min avtomobil gətirilir ki, onların da böyük əksəriyyəti ikinci əl maşınlardır. İddaialar görə, bu maşınların da içərisində müəyyən bir hissə maşınlar var ki, sunami nəticəsində sulara düşmüş, sonradan çıxarılıb təmir olunanlardır.

Sfera.az bildirir ki, məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin "Günə doğru" verilişi maraqlı süjet hazırlayıb.

Məlumata görə, belə avtomobillər ABŞ, Yaponiya istehsalı və ya orda idarəolunan maşınlardır. Həmin maşınlara bir az "əl gəzdirib" iqtisadi cəhətədən orta və zəif ölkələrə göndərilir. Mütəxəsisslər deyir ki, belə avtomobilləri müəyyən etmək asandır.

Eldəniz Cəfərov - Ekspert: "Atıq bizim vətəndaşlarımız da avtomobilin VİN kodunu daxil edərək, o avtomobilin haradan gəldiyini, marşrutunu, hansı hadisələr keçirdiyini öyərənə bilər".

Avtomobil ekspertləri deyirlər ki, belə avtomobillər interyer və eksteryer baxımdan yaxşı təmir olunsa da, əsas və aparıcı hissələrdə problemlər özünü biruzə verə bilər.

Əfqan Səlimov - Mütəxəssis: "Mühərrikdə problemlər ola bilər, naqillər sonradan qurulduğundan alışmaya meyilli ola bilər. Sürətlər qutusunda sonradan atmalar ola bilər. Sonradan müəyyən hissələrində çürümə də baş verir".

Bazarı araşdıran mütəxəssislər deyirlər ki, hazırda Azərbaycana belə avtomobillərin gəlməsi ilə bağlı məlumat, demək olar ki, mövcudd deyil. Amma keçmiş illərdə sudan çıxarılıb sonradan bir neçə əl dəyişib ölkəmizə gələn maşınlar var.

Eldəniz Cəfərov - Ekspert: "Bu maşınların 0,1-0.2 faizi bazara çıxarılır. Lakin belə avtomobillər 5 ildə, 10 ildə bir dəfə baş verir, çünki sunami də hər il olan deyil. O maşınların da çox az bir hissəsi Azərbayacan gəlib çatır".

Mütəxəssislər deyirlər ki, istənilən halda, avtomobil almaq istəyən vətəndaş, yaxşı olar ki, həmin maşını almazdan öncə texniki servislərdə yoxlamadan keçirsin. (milli.az)



OXŞAR XƏBƏRLƏR

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...