Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ

Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ

Sumqayıt şəhərində 15 nəfər qidadan zəhərlənib. Hadisə USPAY texnologiyalar müəssisəsində qeydə alınıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, zəhərlənənlər Sumqayıt şəhər 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər: "Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Zəhərlənənlərin heç birinin həyatı təhlükəsi olmayıb. 15 nəfər hamısı eyni zavodun işçiləridir. Hamısı da eyni yeməkxanada yemək yeyib. Onların hamısı qidadan zəhərlənib. Hansı qidadan zəhərlənmələri laborator müayinələrin nəticələrindən sonra məlum olacaq”.



OXŞAR XƏBƏRLƏR