Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb Sizi Şoka Salacaq! - VİDEO

Sumqayıtda kütləvi zəhərlənmə: Səbəb Sizi Şoka Salacaq! - VİDEO
Sumqayıtda kütləvi zəhərlənmə olub.

Sfera.az xezerxeber-ə istinadən xəbər verir ki, 12 nəfər kimyəvi inhalyasion zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından verilən məlumata görə, müraciət edən vətəndaşlardan biri 45 yaşlı Mətanət Abdullayevanın vəziyyəti ağır olduğundan dərhal reanimasiyaya yerləşdirilib.

Digər 11 nəfər həkim nəzarətində olmaqla, ambulator müalicəyə buraxılıb. Məlumata görə, xəstəxanaya müraciət edən 12 nəfərin hamısı bir avtomobildə olublar. Onların Sumqayıt şəhərində toy məclisindən çıxıb Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin ərazidə fəaliyyət göstərən müəssisələrdən birindən havaya buraxılan kimyəvi tərkibli tüstüdən zəhərləndikləri bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR