Sumqayıtda işçinin öldürdüyü müdir kimdir? – “Hacı, ürəkləri yandırdın…” - FOTO

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir? – “Hacı, ürəkləri yandırdın…” - FOTO
Dünən Sumqayıtda qətlə yetirilən mağaza sahibi haqqında bəzi məlumatlar əldə olunub.

Sfera.az "Minval.info"ya istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında qeydə alınan hadisədə həyatını itirən Vüqar Quliyevin fotoları yayılıb.

Mərhumun inanclı dostları sosial şəbəkə hesablarında onun şəkillərini paylaşaraq təəssüf hissi ilə Vüqara Allahdan rəhmət diləyiblər.

Yaxınları "Sənin ölüm xəbərini eşitmək çox ağır oldu”, "Hacı Vüqar, bütün ürəkləri yandırdın sən” kimi statustlar yazıblar.

V.Quliyev dindar olmağı ilə yanaşı, müqəddəs torpaqları da ziyarət edib.

Məlumata görə, mərhumun bir qız və 1 oğlan övladı olub.

Quliyevin sağlığında Sumqayıtda gül biznesi ilə məşğul olduğu söylənilir.

Xatırladaq ki, Vüqar Quliyev şəxsi meyvə-tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə heç bir məlumat verilməyib. Əldə olunan məlumata görə, qatil bir müddət əvvəl işdən çıxarılıb. Bəzi iddialara görə isə Vüqarı öldürən şəxs onun qohumu olub.


OXŞAR XƏBƏRLƏR