Cəmİyyət

Sumqayıt-Bakı qatarı 26 dəqiqə gecikdi

Sumqayıt-Bakı qatarı 26 dəqiqə gecikdi

Bu gün səhər saatlarında Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. Sfera.az xəbər verir ki, yaranan problemlə bağlı Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilir ki, dəmir yolunun Biləcəri-Keşlə mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb.

Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930