Su pulu yığmaq adı ilə qoca qadının evinə girdi, qarət etdi

Su pulu yığmaq adı ilə qoca qadının evinə girdi, qarət etdi
Xətai rayonu ərazisində qarət hadisəsi qeydə alınıb. Oğru 1938-ci il təvəllüdlü, Xətai rayon sakini Hacıyeva Lidiya Yaqub qızına özünü "Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. Beləcə yaşlı qadını aldadaraq, onun mənzilinə daxil olub və cinayət törədib.

Bu barədə  Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, aprelin 18-də 10:30 radələrində Sarayevo küçəsində yerləşən yaşayış binasında yaşayan L.Hacıyevanın qapısını tanımadığı bir kişi döyüb. Naməlum şəxs beş manatdan su pulu yığdığını bildirib. Qadın ona inanaraq həmin şəxsi mənzilə buraxıb.

Zərərçəkən tələb olunan məbləği ödəmək üçün pul kisəsini açıb. Cinayətkar pul kisəsində olanları qarət edərək, hadisə yerindən qaçıb. Onun ümumilikdə 3500 manat dəyərində qızıl-zinət əşyalarını qarət etdiyi bildirilir. Hazırda Xətai rayon 34-cü Polis İdarəsinin əməkdaşları həmin cinayətkarı axtarır.

Qeyd edək ki, ötən günlər ərzində paytaxtda üç qarət hadisəsi qeydə alınıb. Aprelin 18-də  21:30 radələrində 1966-cı il təvəllüdlü, əvvəllər məhkumluğu olan Babayev Etibar Xasməmməd oğlu dükandan iki avtomobil təkəri oğurlayıb. Ancaq ağır yüklə çox qaça bilməyib. O saxlanılaraq, hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Bundan əvvəl E.Babayevin soyğunçuluq, radioaktiv materiallardan qanunsuz istifadə, narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamları üzrə məhkumluğu olub.

Üçüncü qarət hadisəsi isə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Ayın əvvəlindən Bakıda ümumilikdə 12 qarət hadisəsi qeydə alınıb, onlardan səkkizinin üstü açılıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...