SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qənaət etmək istərkən ziyana düşə bilərsiz? - VİDEO

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qənaət etmək istərkən ziyana düşə bilərsiz? - VİDEO

 

Azərbaycanda avtomobil yanacağına qatılan kimyəvi maddələrə maraq artıb. Buna səbəb belə vasitələrin avtomobilin yanacaq sərfiyyatını aşağı salması və mühərrikin ömrünü uzatmasıdır. Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Çünki bu vasitlər a düzgün istifadə edilməsə vtomobillərə ziyan verməklə yanaşı, sürücüləri əlavə xərcə sala bilər.

Həm dizellə, həm də benzin yanacaqla işləyən avtomobillər üçün bir neçə növü var. Hər birininin funksiyası fərqlidir.

Son dövrlər ölkəmizdə yanacağ qatqılarına maraq artıb. Artıq bir çox yanacaqdoldurma məntəqəsində belə qatqıların satışını görmək mümkündür. Belə qatqıları satanlar onun avtomobilin yanacaq sərfiyyatını azaltdığını deyirlər.Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Çünki bu qatqılar sürücüləri əlavə xərcə sala bilər.

Ustalar bildirir ki, belə qatqıların xüsusi ilə iki növü daha çox alınır. Onlardan biri yanacaq sistemi çirkabdan təmizləyir, digəri də yanacağın oktan ədədini qaldırır.

Belə qatqıların qiyməti isə növünə və miqdarına görə dəyişir.

Satıcılar bildirir ki, xüsusi ilə dizel mühərrikli avtomobil sürənlər yancağın sistemini təmizləyən qatqıları tez-tez alırlar.

 


OXŞAR XƏBƏRLƏR