Sovet dövründə gizlədilən xəzinə tapıldı: Kimsəsiz ərazi, gizli şaxta... - VİDEO - FOTOLAR

Sovet dövründə gizlədilən xəzinə tapıldı: Kimsəsiz ərazi, gizli şaxta... - VİDEO - FOTOLAR

 

Sosial şəbəkələrdə paylaşılan maraqlı görüntülər geniş müzakirələrə səbəb olub. Rusiyanın Peterburq şəhərindən olan bir neçə nəfərdən ibarət qrup sovet dövründən qalma xəzinənin axtarışına çıxıb.

Sfera.az xəbər verir ki, iki həftə əvvəl qrup sovet dövrünə aid milyard rubl tapıb. Onlar bu barədə daha əvvələr də eşitdiklərini deyiblər. Bunun həqiqət, yoxsa uydurma informasiya olduğunu dəqiqləşdirmək üçün xəzinənin axtarışına çıxıblar.

SSRİ-in dağılmasından sonra 1961-1991-ci illərdə dövriyyəyə buraxılan böyük miqdarda sovet pulları köhnə raket şaxtalarında basdırılıb. Kifayət qədər sakit və kimsəsiz ərazilərdə yerləşən şaxtalara radiasiya səbəbindən heç kim yaxınlaşmayıb.

Kilometrlərlə yol qət edən qrup şaxtanın ola biləcəyi bütün kiçik kəndləri ziyarət edib. Nəhayət bir kəndin sakinləri burada həqiqətən də sovet dövründə fəaliyyət göstərən şaxtanın olduğunu təsdiqləyib.

Ətrafında meşələr, düzənlik sahə və çay olan ərazidə gizlədilən şaxtanı tapan qrup burada basdırılan böyük miqdarda pulları aşkarlayıb.

Pulların bəzilərinin hələ də çox yaxşı vəziyyətdə olduğunu deyən gənclər əsasən yüz və əlli manatlıqlardan ibarət bağlamaların şəklini çəkib.

Ərazidən videoreportaj hazırlayan gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...