SON DƏQİQƏ: Bakıda xəstəxanada daha bir nəfər öldü - Ölü sayı 7 nəfərə çatdı

SON DƏQİQƏ: Bakıda  xəstəxanada daha bir nəfər öldü - Ölü sayı 7 nəfərə çatdı
 

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

 

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib. 

 

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.

 

TƏBİB qeydə alınan ölüm faktını Oxu.Az-a təsdiqləyib.

 

Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.


OXŞAR XƏBƏRLƏR