ŞOK görüntü: Koronovirusa yoluxan şəxs küçədə bu hala düşdü- VİDEO

ŞOK görüntü: Koronovirusa yoluxan şəxs küçədə bu hala düşdü- VİDEO
 Koronavirus insanlarda yeni vərdişlər yaradır. İndi küçədə yerə yıxılana kömək etməyə də çəkinirlər. Sfera.az bizimyol.info-ya istinadən xəbər verir ki, Türkiyənin Bingöl şəhərində belə hadisə baş verib.
 
Mərkəzi küçələrin birində halı pisləşdiyindən yerə yıxılan adama heç kim köməyə cürət etməyib. Sosial şəbəkələrdə paylaşılan videoya baxanda hadisə haqqında ətraflı təəssürat yaranır. İnsanlar yerə yıxılan şəxsin minimum 2-3 metrliyində dayanıb. Hətta təcili tibbi yardım çağırmağa da tələsmirlər. Türkiyə koronavirusun yayılma coğrafiyasına görə xüsusi seçilən ölkələrdəndir. Son 5 gündə virusa yoluxanların sayı 17 dəfə artıb. Ümumilikdə 1529 nəfərdə pandemiya aşkarlanıb. Türkiyədə koronavirusdan 37 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR