SOCAR bu şirkəti ləğv edib

SOCAR bu şirkəti ləğv edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini - "SOCAR-KPŞ” MMC-ni ləğv edib.

Bu barədə Vergilər Nazirliyi xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.

Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi SOCAR İT MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR