Smartfon istifadəçilərinə bəd xəbər

Smartfon istifadəçilərinə bəd xəbər

"Smartfon erası sona yaxınlaşır. Yaxın vaxtlarda ən tanınmış gadcetlər öz yerini süni intellektə verəcək". "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu "Google"un baş direktoru Sundar Piçai deyib.

Onun sözlərinə görə, artıq yeni dövrdə prioritetlərin dəyişməsi baş verir: "Mobilliyin birinci yerdə durduğu dünyada məhz smartfonlar və planşetlər ilkin tələbat əşyaları hesab edilir. Lakin tezliklə bu vəziyyət dəyişəcək. Elektron qurğular istifadədən çıxarılmasalar da, onlardan artıq başqa cür istifadə ediləcək. "Google" süni intellektin hazırlanması istiqamətində artıq bir çox işlər həyata keçirib".
"Eyni zamanda, intellekt assistenti hansı qurğudan istifadə etməyinizdən asılı olmayaraq, sizi izləmək imkanına malik olacaq. Bu yanaşma "Microsoft" sisteminin öz proqram əlavəsi olan "Cortana"dan faydalanmaq prosesinə çox bənzəyir. Məhz "Google" texnologiyalar bazarında bu yenilik inqilabına imza atacaq, çünki bu şirkət axtarış sistemi barədə digər firmalardan daha çox məlumata malikdir", - deyə baş direktor bildirib.
Qeyd edək ki, "Google" hazırda müxtəlif növ süni intellekt üstünlüklərini özündə birləşdirən layihə üzərində işləyir. 


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...