Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandı
18:03 / 31.05.2019
2328
Siyəzən rayonunda ağır yol qəzası baş verib.
"Qafqazinfo” xəbər verir ki, Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, 45 yaşlı Yaşar Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər: Bakı şəhər sakini, 71 yaşlı Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 27 yaşlı Mövlud Əmiraslanov hadisə yerində ölüb.
"Mercedes”də olan digər sərnişin - Bakı şəhər sakini, 31 yaşlı Nərmin Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.