Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhidlə vida mərasimi KEÇİRİLİR - FOTO

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhidlə vida mərasimi KEÇİRİLİR - FOTO

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, mərasim Sumqayıt şəhərinin Ceyranbatan bağları adlanan ərazisində - mərhumun ailəsinin yaşadığı evdə təşkil olunub.

 

Vidada Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Mərasim başa çatandan sonra mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

 

Qeyd edək ki, A.Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il fevralın 26-da itkin düşüb. Ailəli idi. 2 övladı yadigar qalıb.

 

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.

 

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

 

Ekspertiza zamanı kütləvi məzarlıqda basdırılanlardan birinin Mahmudov Akif Seydulla oğlu təsdiqlənib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısı yanğın baş verən əraziyə gəldi - "Evlərə də ziyan dəyib"

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.   Sfera.az xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiy...

"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verm...

DİQQƏT: Bakıda güclü yanğına görə bu yollar BAĞLANDI

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası...

“Qızılgüllərin müharibəsi”: Bred Pitt yenidən məhkəməyə verildi

Bred Pitt və Ancelina Coli arasında 2008-ci ildə alınan “Chateau Miraval” şərab zavodu ilə bağlı hüquqi çəkişmə bitmək bilmir.  Keçmiş həyat yo...

Azərbaycanla Ermənistan arasında protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mh...

Gül mağazasındakı yanğına görə əraziyə polis əməkdaşları CƏLB EDİLİB

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.    Bu barədə Sfera.az-a DİN-in...