\"Sinəm ələ yerləşir, kişi üçün bu...\" - Röyadan +18 AÇIQLAMA

\
Əməkdar artist Röya Ayxan BiG.AZ-a müsahibə verib.

Sənətçi bu dəfə oğlu Hüseyindən və sənətindən söz açıb.

Bu yaxınlarda "Bayram axşamı" filminin qalası oldu. Murad Dadaşov ikinci filmdə Hüseyni də çəkəcəyini deyib.

- Çəksin, Hüseyn onun oğludur. Deyir ki, mənim kirvəm ulduzdur. Mənim oğlum şöhrətpərəstdir. Xoşlayır ki, onu televizorda göstərsinlər. Dadaşovun "Bayram axşamı" filminin qala gecəsinə də qatıldı. Mən Türkiyədə olduğum üçün gələ bilmədim. Onu da deyim ki, bir çox filmi "Bayram axşamı" bilib getmişəm. Sonradan görmüşəm ki, başqa filmdir. 

Oğlunuzu gələcəkdə aktyor kimi görmək istərdiniz?

- Xeyr, aktyor olmasını istəmirəm. Düzdür, yumor hisssi çoxdur. Amma ingilislərin içində olduğu üçün mənasız yumor hissi var, ağzına gələni danışır. Deyirəm bu, onlardandır, bizdən deyil (gülür).

Müsahibələrin birində Hüseyn ingilis dili müəlliməsini çox sevdiyini deyib.

- İki yaşından ingilis dilinə qoymuşam. Dil bilməsi yaxşıdır. Mən dil qavraya bilmədim. Amma çox şükür ki, Hüseyn savadda, yaxşılıq etməkdə atasına oxşayıb. Amma hissiyyatı mənəm.

Siz də filmə çəkilmisiniz. Filmlərdən təklif alırsınız?

- Təklif var. Bir dəfə çəkilmişəm və yaxşı alınmadığına görə qorxuram. Ciddi obraz canlandırmaq istəyirəm. Təbii ki, komediya da olar. Murad mənə təklif etsə çəkilərəm. 

"Göndər” klipini çəkəndə mənə "V" yaxalı pencək geyindirmişdilər. O zaman evli idim, çox tərəddüd etdim. Mənə dedilər narahat olma, geyim vulqar görünməyəcək. Klipə baxanda şoka düşdüm, açıq-saçıqlıq gözə çarpmırdı. Gərək açıq-saçıq film çəkəndə də diqqətli olasan. Tamaşaçının gözünü yormayasan.

Azərbaycan səhnəsində hər şey etmişiniz. Bundan sonra nə etmək istəyirsiniz ?

- Xeyr, əslində, görəcəyim böyük işlər qarşıdadır.



Bu gün transparan libas geyinmisiniz. Bu, xeyli cəsarət tələb edir.

- Bir söz deyim, sinəm ələ yerləşir, kişi üçün bu bəsdir. Bəli, sinəm normaldır. Ona görə də konsert və kliplərimdə heç bir problem yaşamadan istədiyim paltarı geyinirəm. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...