Şeyxin qardaşından Çexiyada biznesinin olması iddialarına CAVAB

Şeyxin qardaşından Çexiyada biznesinin olması iddialarına CAVAB
Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşı Şeyxülislam Allahşükür Paşazadənin və özünün Çexiyanın Karlovı Varı şəhərində biznesinin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cavanşir Paşazadə Sfera.az-ın əməkdaşı ilə söhbəti zamanı deyib ki, yayılan video görüntülər yalandır:

"Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm. İstəmirəm ki, yenidən eyni məsələ barədə danışım. Haqqımızda yayılan xəbərlər yalan və təxribatdır. Ümumiyyətlə, jurnalistlərə tövsiyə edirəm ki, bu məsələ üzərinə getməyin. Olmayan bir məsələdən danışmağın nə mənası var? Bu cür xəbərləri yayan təxribatçılar da məhz onu istəyirlər".

Xatırladaq ki, Avropada sığınacaq almış bir qrup müxalifətçi bloqqer Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Çexiyada tikinti obyektlərinin olması barədə iddialar irəli sürüb. 

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR