Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları”ndan ayrıldı

Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları”ndan ayrıldı
 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

Sfera.az xəbər verir ki, bu barədə Musavat.com-a S. Qədirovanın özü məlumat verib. O bildirib ki, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək. S. Qədirova söyləyib ki, bu qərar Cavid Qurbanova aiddir:

"Bu barədə məlumatı ilk olaraq sizə verirəm. Artıq dünəndən etibarən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə getmirəm. Yeni işimə isə dərhal başlamaq fikrində deyiləm. Çünki səhhətimlə bağlı problemlər buna imkan vermir. Əməliyyat olunmalıyam və ona görə də Cavid müəllimdən 1 aylıq məzuniyyət izni almışam. Qeyd edim ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 4 il idi ki, çalışırdım və bu müddət ərzində məzuniyyətə çıxmamışdım. Ona görə də qərara gəldim ki, öncə müalicəmlə məşğul olum, sonra isə enerji ilə yeni işimin başına keçim”.

S. Qədirova bildirib ki, Azərbaycan Voleybol Federasiyasında çalışmaq onun üçün heç də çətin olmayacaq:

"Yenə də eyni işi görəcəyəm. Yəni jurnalistlərlə çalışıb, görülən işlərin ictimailəşməsi ilə məşğul olacağam. Dəmir yolu çox ağır sahədir. Həm özümə vaxt ayıra bilmirdim, həm də səhhətimdə problemlər yaranmışdı. Ona görə də bir qədər icazə istədim və Cavid Qurbanovdan yeni işlə bağlı təklif aldım. Dərhal da bununla razılaşdım. Yəni özümü orada da görürəm. Yenə də Cavid Qurbanovun rəhbərliyi altında işləyəcəm. Biz bir komandayıq. Məni dəmir yollarına özü təyin olunandan bir neçə ay sonra Cavid Qurbanov gətirib. Mənim üçün işin fərqi yoxdur. O hara deyirsə, ora da getməliyəm. Təki Cavid Qurbanovla işləyim”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...