Sevinc Paşayevanı əri girov götürdü: Nazirə müraciət edildi

Sevinc Paşayevanı əri girov götürdü: Nazirə müraciət edildi
Ankarada Mamak rayonunun General Zəki Doğan məhəlləsində əslən azərbaycanlı Sevinc Tombuş Paşayeva və onun anası girov götürülüb.

Sfera.az xəbər verir ki, bu barədə Avropa.info-ya Türkiyədəki özəl mənbələrdən məlumat verilib.

Məlumata görə, girov götürülənlər Mamak rayonunun General Zəki Doğan məhəlləsi 557, Cəlal apartmanı 9/5-də yaşayır.

Türkiyə vətəndaşı ilə evli olan S.Paşayeva ərindən ayrılmaq üçün dəfələrlə müraciət etsə də, nəticə əldə edə bilməyib. Bundan qəzəblənən əri onu və anasını evdə girov saxlayaraq polisin evə gələcəyi təqdirdə onları öldürəcəyi ilə təhdid edir.

Məsələdən xəbər tutan Türkiyədə yaşayan azərbaycanlılar təqribən yarım saat öncə Daxili İşlər naziri Süleyman Soyluya məsələ ilə bağlı məlumat göndəriblər.

OXŞAR XƏBƏRLƏR