Cəmİyyət

"Şərurlu İsfəndiyar" Bakı sakinlərini havasız qoyur - FOTO

Bakı şəhər, Yasamal rayonu, Talıblı küçəsində iki binanın arasında onlara bitişik üçüncü bir tikintinin aparılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
 
Fotonu jurnalist Müşfiq Cabbar çəkib. Əldə etdiyimiz məlumata görə, hündürmərtəbəli binaların biri "Şərur" MTK, digəri isə "Qlobal Azəri" MTK tərəfindən tikilib.
 
Hər iki şirkətin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova aid olduğu bildirilir.
 
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verən olmadı./qafqazinfo
 
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728