“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı

Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən almasından danışıb.


Sfera.az xəbər verir ki, N. Axundova məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib: "Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi? O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir.

Dünənki prosesi hakim Əsəd Mirzəliyev aparırdı. Məhkəmədə onlar hər şeyin hüquq və qanun çərçivəsində həll olunmağına tərəfdar olduqlarını bildirdilər. Həttaçıxışlarına qeyd edirdilər ki, yalnız hüquqdan və qanundan danışaq. Əlavə heç bir rəy deməməyimizi tələb edirdilər.

Hakim Əsəd Mirzəliyev dəfələrlə vurğulayırdı ki, haqqımızda məlumat materialda var. Bunu deməyə ehtiyac yoxdur. Dedim ki, anlamıram, mənzilin mənim pulumla tikildiyini vurğulamalı deyiləm? Bunu demək sizi narahat edirmi? Yəni, bir sözlə, məhkəməyə girəndə hər şey bəlli idi. Bizi dinləməməyə, söz verməməyə çalışırdılar. İsfəndiyarın vəkili Ramiq Axundov bizə qarşı çox böyük hörmətsizlik etdi. Dedi ki, şəhid ailəsinin məhkəməyə və onlara heç bir aidiyyatı yoxdur.

Mən ona sual verdim ki, siz bunu hamının, Ali Məhkəmənin qarşısında utanmadan, çəkinmədən deyirsiniz? Bəs, bu məhkəmədən, xalqdan, dövlətdən ötrü bu gün məhkəmə fəaliyyət göstərsin, qanun yerinə yetirilsin deyə mənim yoldaşım kimi oğlan gedib canından keçib. Dedi ki, bəli, mən öz sözümün üstündə dururam. Bu çox böyük hörmətsizlikdir. O, Şərurlu İsfəndiyarın mövqeyini bildirirdi”.

N. Axundova vurğulayıb ki, dövlətdən, ya da Şərurlu İsfəndiyardan artıq heç nə istəmir: " Pul verdiyimiz evi istəyirik. Onu da İsfəndiyar bizə vermir. Çünki o evin ikiqat pulunu bizdən istəyib. Biz 53 min pul ödəmişdik, 11 min borcumuz qalmışdı. Əvvəl bizdən 100 min, sonra 53 min pul istədi. Biz isə razılaşmamışıq. Bina təhvil veriləndən sonra, sakinlərdən ikiqat pul istədi. 76 ailə onunla razılaşdı. Kim ki razılaşdı müqaviləni yeniləyib kupçanı payladı. Kim ki, onun istədiyi məbləği vermədi, onları məhkəmələrdə süründürməyə başladı. İndi biz Ali Məhkəmədə kassasiya şikayətinə bir müraciəti də əlavə etmişdik ki, eyni vəziyyətdə olan vətəndaş Məhkəməyə müraciət edərək Şərurlu İsfəndiyarı udub.İsfəndiyar vətəndaşı Apellyasiya Məhkəməsinə verib. Yenidən həmin sakin Ali Məhkəməyə verib, Ali Məhkəmə vətəndaşın tərəfində durub. Ancaq bizim situasiyada Ali Məhkəmə Apellyasiyanın qərarını qüvvədə saxladı. Halbuki eyni şirkət, eyni bina, eyni müqavilədən söhbət gedir. Bizdə isə müqaviləni bəhanə etdilər. Dedilər ki, guya müqaviləniz saxtadır. O zaman siz bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apellyasiya Məhkəməsinin verdiyi qərarı ləğv etmisiniz və vətəndaşın xeyrinə qərar çıxarmısınız. Onda belə çıxır ki, özünüz özünüzü təkzib edirsiniz?!. İkincisi, İsfəndiyarla razılaşan 76 ailəyə həmin müqavilə ilə "kupça” verilib. Necə olur ki, onda o müqavilə saxta olmadı?!

Başqa yerdə bu cür iri inşaat şirkətləri şəhid ailələrinə mənzillərin açarlarını özləri verirlər ki, biz milyonlar qazanırıq, oğullarımız isti evin içində oturub əsgərliyə də getmirlər. Amma sizin həyat yoldaşınız, ya oğlunuz gedib şəhid olub, canından keçib. Ancaq bunlar bizim özümüzkünə sahiblənirlər”.

Qeyd edək ki, N. Axundova iki il əvvəl 45 saylı məktəbə direktor təyin olunub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...