Serj Sarkisyanı təhqir etdilər

Serj Sarkisyanı təhqir etdilər
Dekabrın 9-da Ermənistanda erkən parlament seçkiləri keçrilir.
 
Sfera.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan seçkilərdə səs vermək həyat yoldaşı Rita Sarkisyan seçki məntəqəsinə gəlib. Seçki məntəqəsində Ermənistanın üçüncü prezidentinin həyat yoldaşına bir gül dəstəsi ilə təqdim olunub. Səsvermədən sonra jurnalistlərin suallarına cavab verməyən Serj Sarkisyan maşına əyləşərkən bir qrup tərəfindən təhqirlərə məruz qalıb. Polisin işə qarışmasına baxmayaraq sabiq prezidenti təhqir edən qrup üzvləri ona bir neçə yumurta atıblar.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkilərində iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasından 9 partiya və 2 blok qeydiyyatdan keçib.
 
Anar
Sfera.az

OXŞAR XƏBƏRLƏR