Sensasiyalı islahatlar gəlir: nazirlər və icra başçıları... - ANONS

Sensasiyalı islahatlar gəlir: nazirlər və icra başçıları... - ANONS
 "Strateji Yol Xəritəsində resbuplikada kadr bankının yaradılması ilə bağlı fikirlər var və bunlar tədricən reallaşdırılır. Prezident İlham Əliyevin ötən gün Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı da məhz bununla bağlı idi".

Sfera.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, ölkə başçısı Nazirlər Kabinetini əsaslı surətdə tələblərə uyğun yeniləyir və çevikləşdirir:

"Kadr islahatları ilə yanaşı, struktur islahatları da aparılacaq. Bu bürokratik aparatın yenilənməsi və daha çevik idarəetmə mexanizmlərinin yaradılması deməkdir. 2017-ci ilin əvvəllərindən başlayan bu proses ölkənin kadr potensialı istiqamətində bir çox sahələri əhatə edib. Yəni bir sıra nazirlər vəzifədən uzaqlaşdırılıb, bir sıra nazirlik və komitələr isə birləşdirilib. Bu proses davam edəcək. Bununla yanaşı, növbəti ildə Nazirlər Kabinetində bir sıra şöbə rəisləri də istefaya göndəriləcək. Yaxın aylarda Nazirlər Kabinetinin başçısının da dəyişəcəyini düşünürəm. Çünki cavan və dövrün tələblərinə uyğun kadrların iş başına gətirilməsi idarəetmənin vacib şərtlərindən biridir. Bütün bunları nəzərə alsaq, Nazirlər Kabineti ilə başlayan islahatların yerli hakimiyyət orqanlarında davam edəcəyini söyləmək olar. Yəni bir sıra icra başçılarının da dəyişəcəyi gözləniləndir. Bütün bunlar ölkənin kadr aparatının sürətlə yeniləndiyinin göstəricisidir”.

Q.Hüseynli bu prosesin gələn il daha da sürətlənəcəyini və nəticə etibarilə bir sıra nazirlik və komitələrin səlahiyyətlərinin ASAN idarəetmə qurumuna veriləcəyini bildirib:

"Bu gün Azərbacan üçün ən vacib məsələ səmərəli idarəetmə strukturlarının formalaşdırılmasıdır. Aparılan islahatların əsasını da məhz bu, təşkil edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...