Səngəçalda qaz xəttində yenidən yanğın olub

Səngəçalda qaz xəttində yenidən yanğın olub

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub. "APA-Economics”xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. 
 
Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. "Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
 
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. 
 
SOCAR hadisənin baş verməsini təsdiqləyib. 
 
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.
Share Button

DİGƏR XƏBƏRLƏR