Hadİsə

Şəmkirdə yanğın: Helikopter cəlb olundu

Şəmkirdə yanğın: Helikopter cəlb olundu
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-dən Sfera.az-a bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ