Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Sfera.az-ın "Report"a istinadən verdiyi məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Pərviz bıçaqlanıb. Onun həmyerlisi 1989-cu il təvəllüdlü Ələkbərov Nizami tərəfindən bıçaqlandığı ehtimal edilir.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis şöbəsinə aparılıb.

Bildirilir ki, həmin şəxslər yeyib-içdikdən sonra içkili vəziyyətdə mübahisə ediblər. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR