Səməndər Rzayevin yubileyində “Dəli yığıncağı” - Fotolar

Səməndər Rzayevin yubileyində “Dəli yığıncağı” - Fotolar
 Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.
 

Sfera.az axşam.az xəbər verir ki, bu münasibətlə "Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib.

Tədbirdə çıxış edən Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıblar.

Vurğulanıb ki, Səməndər Rzayev "Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradıb. O, kinoda da eyni dərəcədə uğur qazanıb. Səməndər Rzayevin digər aktyorlardan fərqi ondadır ki, o, baş rolları dublyaj edib.

Diqqətə çatdırılıb ki, Səməndər Rzayevin ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında "Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub.

Azərbaycan Dövlət Radiosunun "Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa ("Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin ("Xəyyam”, "Knyaz”, "İblis”, H.Cavid), Balaxan ("Aydın”, C.Cabbarlı), Vaqif ("Vaqif”, S.Vurğun), Əmir İnanc ("Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov ("Məhv olmuş gündəliklər”, "Qəribə oğlan”, İ.Əfəndiyev), Bəhram Zeynallı, Xudayar bəy ("Şəhərin yay günləri”, "Sizi deyib gəlmişəm”, Anar) və digər yaddaqalan obrazlar yaradıb.

Səməndər Rzayev, həmçinin "Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş "Arxadan vurulan zərbə”, "Babamızın babasının babası”, "Ad günü”, "Babək”, "Bağ mövsümü”, "Bəyin oğurlanması” "və digər filmlərdə uğur qazanıb.

Aktyorun qızı Rübabə Rzayeva tədbirin təşkilində Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...