“Səhər” kanalının saytının girişinə blok qoyuldu
11:21 / 25.10.2021
726
Azərbaycan İran meyilli daha bir saytı bloklayıb.
Sfera.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, Azərbaycan xalqına qarşı təxribatçı fəaliyyətlə məşğul olan və İrandan idarə olunan "Səhər” kanalının saytının girişinə blok qoyulub.
Xatırladaq ki, bundan öncə deyerler. az, maide. az, ahlibeyt. az, ehlibet. info, shia. az, islaminsesi. org kimi saytlar bağlanmışdı.
Türkan
Sfera.az