Səfərbərlik xidməti: “Hərbi komissarlıqlara çağırılmaqla bağlı təşvişə düşməyə ehtiyac yoxdur”

Səfərbərlik xidməti:  “Hərbi komissarlıqlara çağırılmaqla bağlı təşvişə düşməyə ehtiyac yoxdur”

Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılırlar.

Sfera.az xəbər verir ki, dünəndən etibarən başlayan proses hazırda davam etdirilir.

Respublikanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə toplanması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.

Həyata keçirilən proses bir sıra insanlarda təşviş yaradıb və ölkənin müharibəyə hazırlaşması barədə sosial şəbəkələrdə informasiyalar yayılmaqdadır.

Hərbi hissələrə aparılan şəxslər neçə müddətə çağırıldıqlarından xəbərsizdirlər.

Təşvişə düşmənin səbəbi kimi bir sıra şəxslərin gecə vaxtı təcili hərbi komissarlığa dəvət edilmələri olub.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Nurəddin Heydərov Gün.Az-a bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir:

“Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib.

O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur.

Hər bir hərbi mükəlləfiyyətli şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansısa bir zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola bilər ki, kimsə bunu unudur. Amma bu, qanunvericiliklə nizamlanan prosesdir”.

Məlumat üçün bildirək ki, çağırış Müdafiə Nazirliyinin sentyabr ayının 6-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Avqustun 6-sı Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.(gün.az)


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...