Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır

Səfər Mehdiyev Elman Rüstəmova meydan oxudu: İttihamları əsassızdır
"Ölkədən 1,1 milyard manat ekvivalentində nağd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”.
 
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
 
Ekspertin sözlərinə görə, Hesablama Palatasının fəaliyyətinə dair hesabatında 7 rezident bank vasitəsilə ölkədən xarici valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb:

"Palata bu qənaətə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar nəticəsində gəlib. Bununla bağlı açıqlama yayan DGK iddiaların tamamilə əsassız olduğunu və gömrük orqanlarının qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri tam yerinə yetirdiyini, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcud olduğunu bildirib. 

Gömrük Komitəsi bəyan edib ki, qurumun ölkədən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Belə ki, nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun (yəni Mərkəzi Bankın) funksiyalarına aiddir”.

Q.İbadoğlu Mərkəzi Bankın (MB) Hesablama Palatasına verdiyi cavabdakı əsas məqamlara nəzər yetirib: 

"AMB  açıqlama yayıb ki, Hesablama Palatasının hesabatında qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir. MB hesab edir ki, yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib”. 

Ekspertin sözlərinə görə, Hesablama Palatasının hesabatında ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqlar olduğunu qeyd edilir və DGK-nı suçlayır: 

"DGK məsuliyyəti MB-nin üzərinə atır. MB-də açıqlama verir ki, hər şey qaydasındadır. Belədirsə, onda sual olunur: Hesablama Palatası nədən yalan məlumat yayır? Özü də ölkədən qanunsuz çıxarılması iddia olunan valyuta vəsaiti 650 milyon dollar və ya 550 milyon avro ətrafındadır. Hesab edirəm ki, Hesablama Palatası təkrar açıqlama verməli və "itən pula" aydınlıq gətirilməlidir”. 

Günay 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...