Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”

Sədr müavini: “Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz”
 "Mərkəzi Seçki Komissiyasının (MSK) "Qaynar xətt”inə seçki ilə bağlı 280-ə yaxın müraciət daxil olub”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:

"Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır”.

R.Qasımov bildirib ki, MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır:

"Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat, hətta kəskin addımların şahidi ola bilərsiniz”.

Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:

"Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlansa belə, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...