Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
 
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Prezidenti Səbuhi Mübariz oğlu Abbasov 2 may 2019-cu il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilib. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri Sergey Hnatyuk mətbuata açıqlama verib.

Səbuhi Abbasovun " Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb. Təltif haqqında əmrdə qeyd edilir ki, Səbuhi Abbasov, Ukrayna və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Ukraynada yaşayan türkdilli vətəndaşların maraqlarının qorunmasında, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizədə informasiya dəstəyinin təşkilində fəaliyyətinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilir. 

Səbuhi Abbasov daha əvvəl, 18 iyul 2017-ci il tarixdə "Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)" yubiley medalı ilə təltif edilmişdir.
UQTMŞ "Xüsusi xidmətlərə görə" ordeni 8 aprel 2018-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin qərarı ilə təsis olunub və ordenin Statusu təsdiq edilib. Bu günə qədər bu ordenlə 4 nəfər təltif edilib. Statusuna görə "Xüsusi xidmətlərə görə" ordeni, UQTMŞ-nın "Tenqri Ulduzu" ordenindən sonra ən yüksək təltifdir. UQTMŞ "Ordenləri haqqında" Əsasnaməyə  və "Xüsusi xidmətlərə görə” ordeninin Statutuna uyğun olaraq bu təltifi alan şəxs "Xüsusi xidmətlərə görə” ordeninin Kavaleri adını daşıyır.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...